Azərbaycanda bir ailənin olduğu avtomobil körpüdən aşdı: ölən və yaralılar var - YENİLƏNİB - VİDEO

4 Aprel 2014 12:52

03.04.2014
20:12


Bu gün saat 17:50 radələrində Şəki ərazisində ağır yol qəza hadisəsi qeydə alınıb. Hadisə nəticəsində bir nəfər dünyasını dəyişib, dörd nəfər isə müxtəlif bədən xəsarətləri alıb.

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, hadisə Şəki-Qax yolunun 14-16 kilometrliyində baş verib. Belə ki, qəza zamanı Şəkinin Kiş kənd sakini 1965-ci il təvəllüdlü Şirinov Məmməd Atamalı oğlu idarə etdiyi 66-BB-759 dövlət nömrə nişanlı "VAZ-21011" markalı avtomobillə Şəkinin Göynük kəndi istiqamətində hərəkətdə olarkən İnçə kəndi ərazisindəki sərt döngədə idarəetməni itirib və avtomobil 10 metr hündürlükdəki körpünün dəmir məhəccərlərini qıraraq körpüdən aşağı aşıb.

Nəticədə avromobildə olan sürücünün həyat yoldaşı, 1970-ci il təvəllüdlü Şirinova Bahar İdris qızı, onların övladları 1992-ci il təvəllüdlü Şirinov Namiq Məmməd oğlu, 1993-cü il təvəllüdlü Şirinov Hümmət Məmməd oğlu və 2000-ci il təvəllüdlü Şirinova Cəlalə Məmməd qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərbənin gücündən sürücü elə hadisə yerindəcə dünyasını dəyişib. Xəsarət alanlar dərhal Şəki Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.
 

Qəza zamanı avtomobil tamamilə yararsız hala düşüb. Qəza şəraiti nəzərə alınaraq hadisə yerinə FHN-nin xilasediciləri cəlb olunublar. Qəzanın baş verməsinə səbəb ilkin olaraq avtomobilin yüksək sürətlə hərəkət etməsi və idarəetmənin itirilməsi ehtimal olunur. Faktla əlaqədar Şəki şəhər rayon Polis Şöbəsində araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.


---------
19:50

Şəkidə ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə saat 18:00 radələrində Şəki-Qax yolunun İnci kəndi ərazisindən keçən hissəsində baş verib.
  

Belə ki, 66-BB-759 dövlət nömrə nişanlı "VAZ-2101" markalı avtomobil Qax istiqamətində hərəkətdə olarkən, sürücü idarəetməni itirib və maşın Sin çayı üzərindəki körpüdən aşağı düşüb.
  

Qəza nəticəsində avtomobilin sürücüsü hadisə yerində ölüb. Sərnişinlər - iki qadın və iki kişi müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Xəsarət alanlardan ikisinin vəziyyəti ağır olduğu üçün onlar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.
  

Qəzaya düşmüş şəxslərin bir ailənin üzvü olduğu bildirilir.
  

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

----------------
04.04.2014
12:52

Videonu izləmək üçün şəklə klikləyin.