Samsung Electronics şirkəti müştərilərinin şəxsi məlumatlarının qorunmasına və təhlükəsizliyinə çox ciddi yanaşır

4 Aprel 2014 09:59
Saytımızda son günlərdə Samsung smartfonları ilə bağlı ICT News-da yayılan məlumatlara istinadən linkini yerləşdirdiyimiz məqalə dərc olunub: http://news.milli.az/mobilt/254481.html

Samsung şirkətinin keyfiyyətinə və müştərilərinin təhlükəsizliyini qoruyan şirkət olduğuna inanıb Milli.Az olaraq Samsung Galaxy kolleksiyasına aid smartfonlarının müxtəlif viruslardan qorunmaması kimi heç bir əsası olmayan məlumatı araşdırmağa başladıq. Bu məqsədlə redaksiyamız Samsung Electronics şirkətinin Azərbaycandakı rəsmisi ilə əlaqə saxlayaraq məsələyə öz münasibətini bildirməsini xahiş etdi.

Samsung rəsmisi müştərilərini əmin etmək üçün aşağıdakı məlumatı verdi:

"Samsung Electronics şirkəti müştərilərinin şəxsi məlumatlarının qorunmasına və təhlükəsizliyinə çox ciddi yanaşdığına, eyni ilə məhsullarının etibarlılığına zəmanət verdiyini bəyan edir. Həmçinin biz təsdiq edirik ki, Free Software Foundation tərəfindən təqdim olunan məlumatlar modem və AP çip arasındakı əlaqəni təşkil edən proqram təminatı haqqında düzgün anlayışın olmamasından irəli gəlir".

Əvvəlki günlərdə yaydığımız məlumatın əsassız olduğunu öyrəndikdən sonra sizin Samsung Galaxy S5 və Samsung Galaxy kolleksiyasına aid olan digər smartfonlardan əminliklə istifadə edə biləcəyinizi bildirmək istəyirik.

Milli.Az