İstər dünya incəsənəti, istərsə də ölkələrin mədəniyyətində xarakterlərin çox böyük rolu var. Bu, bəlkə də bizə görə belədir, çünki xalq olaraq dünya kinosunda və teatrında öz dəyərlərimizə daha yaxın olan qəhrəmanları seçib, özümüzünküləşdiririk. Bizə elə gələr ki, o, bizim adamdı. Əslində isə sevdiyimiz öz ruhumuzda bizi biz edən xüsusiyyətlərdi ki, başqasında təzahürünü görmək ürəyimizdən xəbər verir. Qardaş Türkiyə mədəniyyəti də eləcə. Qanı qanımızdan, dini dinimizdən olduğu kimi, incəsənəti də bizə çox yaxındır. Bəlkə də öz aktyorlarımızdan daha çox onları əzbər bilir, onları sevirik, desəm, yanılmaram.Hüseyn Avni Danyal: "Anamın ata tərəfi azərbaycanlıdır"