Milli Şuranın bəyannaməsində bir aydan gec olmayaraq qurumun sessiyasının çağırılması nəzərdə tutulsa da, özlərini demokratik qüvvələr adlandıranlar son sessiyanı xeyli gecikdirdilər. Xalq Cəbhəsi Partiyasının (AXCP) qərargahındakı məlum hadisədən sonra Şura üzvləri sessiyanın keçirilməməsini yer problemi ilə əlaqələndirdilər. Hətta Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı sessiya iştirakçılarını qəbul edəcək 80 nəfərlik məkan olmadığını bildirdi. Amma indiyə qədər keçirilən sessiyalarda bu sayda adamın toplaşmamağı VHP funksionerinin arqumentlərinin əsassız olduğunu ortaya qoydu. Bunun ardınca Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu və Milli Şura sədri Cəmil Həsənli qurumun bir sıra üzvlərinin bayramla əlaqədar Bakıda olmadığını qeyd edərək, sessiyanın gecikməsini bununla əlaqələndirdilər.Razi Nurullayev: "Hər hansı sənədin qəbulu ilə ciddi, praktik nəticənin ortaya qoyulması mümkün deyil"