Bəs bu, nə vaxt baş verib. 259 kompüter modelindən sonra yeni tədqiqatın müəllifləri müəyyən ediblər ki, toqquşma təqribən 95 milyon il əvvəl baş verib. Bu isə Günəş sisteminin yaranmasından xeyli sonra baş verib. Günəş sistemi 4,6 milyard il əvvəl formalaşıb.
Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Vaşinqtondakı Karnegi Universitetinin alimi, tədqiqatın müəlliflərindən biri olan astrofizik Con Çembers deyir ki, Yer kürəsi fəzada anidən formalaşmayıb.
"Mərhələlərlə, tədricən yaranıb. Sonuncu mərhələ isə planetimizin Mars ölçülərindəki cismlə toqquşması olub. Toqquşmadan sonra materiyanın çox hissəsi Yerdə qalıb, ancaq müəyyən hissəsi kosmosa atılıb. Bu materiallardan da Ay formalaşıb", - o əlavə edib.
Milli.Az