Damsız qalan bina sakinləri: "Bizə köməklik edin"

4 Aprel 2014 01:00

Bir neçə gün əvvəl Azərbaycan ərazisində əsən güclü küləyin fəsadları hələ də qalmaqdadır

Külək Xaçmaz rayonunda bir sıra binaları damsız qoyub. Damsız binalarda isə yağan qar-yağış evlərə axır. Rahim adlı rayon sakini Milli.Az-a yazaraq Xaçmaz camaatına köməklik edilməsini xahiş edir: "Külək uçuran damları təmir etmirlər. Qalmışıq yağışın altında, su başımıza tökülür. Bizə köməklik edin".

Xaçmaz rayon İcra Hakimiyyətindən Milli.Az-a bildirildi ki, külək rayon ərazisində 3 beşmərtəbəli binanın damını uçurub. Hazırda problemin qısa zamanda həll edilməsi üçün 3 briqada cəlb edilib. Problem müvəqqətidir, damlar yaxın günlərdə bərpa olunacaq.

Qeyd edək ki, martın 16-da əsən güclü külək Xaçmaz şəhərinin mərkəzində yerləşən yüksək mərtəbəli yaşayış binalarının bir neçəsinin dam örtüyünü uçurmuş, əksər yaşayış massivlərini işıqsız qoymuşdu.

Gülər
Milli.Az