Milli.Az ICTnews-a istinadən bildirir ki, 2013-cü ilin noyabrında LINE messencerində qeydiyyatdan keçmiş istifadəçilərinin sayı 300 milyonu ötüb. LINE istifadəçiləri sayının gündəlik artım tempi bütün dünyada sürətlə artaraq gündəlik 1.7 milyon yeni qeydiyyat göstəricini ötüb.
1 aprel 2014-cü il tarixində şirkət elan edib ki, LINE messencerinin auditoriyası 400 milyona çatıb. İlin əvvəlindən LINE istifadəçilərinin sayı 10 milyonu ötən ölkələrin də sayı artıb.
2014-cü ilin əvvəlindən LINE messencerində gündəlik 10 milyard mesaj göndərilib, həmçinin 12 milyon zəng edilib.
Milli.Az