WhatsApp rekord vurub

3 Aprel 2014 22:13
Tezliklə Facebookun nəzarətinə keçəcək WhatsApp populyar messencerində istifadəçilərinin fəallığını göstərən yeni rekord qeydə alınıb. Bu barədə xidmətin nümayəndələri rəsmi Twitter mikrobloqunda xəbər veriblər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, məlumatlara əsasən, WhatsApp istifadəçiləri bir gündə 64 milyard mesaj göndəriblər ki, mesajların da 44 milyardı göndərilən, 20 milyardı isə gələnlərdir.

Xatırladaq ki, WhatsApp-ın aktiv istifadəçilərinin aylıq auditoriyası 465 milyonu ötür. Müqayisə üçün, Viberdən 300 milyon insan istifadə edir. 2014-cü ilin fevralında bu messencer Rakuten onlayn riteylər tərəfindən 900 milyon dollara satın alınıb.

Milli.Az