Viber-də yenilik var

3 Aprel 2014 16:59
2014-cü ilin fevralında Rakuten internet şirkəti tərəfindən satın alınmış Viber Media startapı Viber tətbiqinin WP8-versiyasının yenilənməsi haqda məlumat verib. Artıq bundan sonra Windows Phone 8 platforması ilə işləyən cihazlarda şəhər və mobil nömrələrinə zəng etmək mümkün olacaq.

Xatırladaq ki, Skype internet telefoniya xidmətinin rəqibi Viber xidməti internet üzərindən ödənişsiz zənglər etməyə, mətn mesajları göndərməyə və fotoşəkillərlə mübadiləyə imkan verir. Hazırda xidmət Android, iOS, BlackBerry OS, Windows Phone, Symbian, Bada, həmçinin Windows, Mac OS X və Linux platformalarını dəstəkləyir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, şəhər və mobil nömrələrinə ucuz zəng etməyə imkan verən Viber Out funksiyası hələ ötən ilin sonunda iOS və Android istifadəçilərinə əlçatan olub.

Windows Phone 8 üçün Viber tətbiqinin yeni versiyasında, həmçinin bir neçə videomesaj və təsvirlər göndərilməsi mümkündür.

Milli.Az