KitKat nə qədər yayılıb?

3 Aprel 2014 22:36
Google şirkəti hər ay Android mobil əməliyyat sisteminin ayrı-ayrı versiyalarının populyarlığını xarakterizə edən statistika dərc edir. Yeni məlumatlara əsasən, Android 4.4 KitKat versiyası getdikcə populyarlaşır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, 1 aprel 2014-cü il tarixinə görə populyar mobil platformanın bu versiyası Android platforması ilə işləyən smartfon və planşetlərin 5.3 faizində quraşdırılıb. Bu göstərici ötən ay 2,5 faiz olub. Jelly Bean versiyasının göstəricisi 62-dən 61,4 faizədək azalıb. Ice Cream Sandwish versiyasında azalma 1 faiz olub.

Android-cihazlar bazarında Gingerbread versiyasının payı 17.8 faiz olub. Android 3.2 Honeycomb versiyası demək olar ki istifadə edilmir, lakin Android 2.2 Froyo indiyədək Googleun əməliyyat sistemi ilə işləyən cihazların 1,1 faizində quraşdırılıb.

Milli.Az