Bakıdan Lvova birbaşa aviareys açılacaq

3 Aprel 2014 14:09
"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Lvov-Bakı marşrutu üzrə birbaşa müntəzəm uçuşlara başlayacaq.

Aviauçuşlarla bağlı AZAL-ın bu gün Ukraynanın "Mirotel" turizm şirkəti ilə müqavilə imzalayacağı gözlənilir. Bunu APA-ya ukraynalı turizm şirkətinin baş meneceri Yelena Qeraşenko bildirib.

Onun sözlərinə görə, aviauçuşların may ayının ikinci yarısından etibarən yerinə yetirilməsi nəzərdə tutulub: "Qeyd edilən marşrut üzrə aviauçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək".
 
Şirkətinin nümayəndəsi deyib ki, bu aviareys Lvov şəhərinin yaxınlığında yerləşən Truskavets və Morşin sanatoriya-kurort müəssisələrinə və Karpat dağlarındakı istirahət zonalarına getmək istəyən vətəndaşlarımız üçün çox əlverişlidir.

Milli.Az