Unikal Volkswagen Passat CC - FOTO

3 Aprel 2014 21:59
Təkər disklərinin istehsalı ilə məşğul olan və gücünü seriya avtomobillərinin satışdan sonrakı köklənməsində sınayan "K3 Projekt" şirkəti B7 banında unikal dördqapılı kupe "Volkswagen Passat CC"-ni təqdim etdi.

Milli.Az Auto.az-a istinadən bildirir ki, dəbli alman avtomobili, Amerikalıların fikrincə, yalnız vacib tamamlamaları, həmçinin heç bir yoldan keçəni və ya yol hərəkətinin digər iştirakçısını laqeyd qoymayacaq banın parlaq qızılı bəzəyini əldə etdi. 

"VW Passat CC" Rod Wraps qızılı vinil örtüklə örtülüb və ikirəngli K3 Projekt 5SG disklərinə "bürünüb". Effektiv təzad üçün qabaq bamperin splitteri, sarı duman əleyhinə fənərlərin çərçivələri, yan arxa görünüş güzgülərinin korpusları, qapıların qulpları və arxa bamperin diffuzoru qara parıltılı rəngə boyanıb.
 

Avtomobilin individual üslubu tonlaşdırılmış şüşələrdə ağ yapışqanlarla nəzərə çarpdırılıb. Enrike adlı şəxsə mənsub olan bu avtomobil həmçinin R Line zavod idman asması və maksimum aşağı salınmış asılqana malikdir.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.