Daha böyük, daha qənaətcil Volvo XC90 - FOTO

3 Aprel 2014 19:39
Volvo mühəndisləri hal-hazırda yeni nəsil XC90 modelinin layihə işlərinin davam etdirilməsi və testləriylə məşğuldurlar. Yeni modelin növbəti sınaqları zamanı çəkilmiş şəkillərini dərc etmiş AutoExpress-in məlumatına görə avtomobil sələfindən əhəmiyyətli dərəcədə iri olacaq. Mənbə markanın nümayəndələrinin bəyanatlarına istinad edərək bildirir ki, avtomobilin xarici görünüşü artıq demək olar ki, hazırdır, ancaq interyer hələ ciddi tamamlamalar tələb edir. Modelin dünya debütü oktyabrın 4-də Paris motor-şousunda ola bilər.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, XC90 yeni Volvo SPA modul platformasında yığılıb. Avtomobili ən qabaqcıl təhlükəsizlik sistemləriylə təchiz edəcəklər. Həm də bəzi avadanlıqlar artıq baza komplektasiyasında əlçatan olacaq. Qeyri-rəsmi informasiyaya görə, söhbət günün qaranlıq vaxtında piyadaların aşkar edilməsi sistemindən gedir. O qaranlıqda insanın siluetini müəyyən etməyə və toqquşmanın qarşısının alınması üçün sürücünün müdaxiləsi olmadan avtomobili dayandırmağa qabildir.

Volvo asfaltdan kənara çıxmamaq üçün nəzarət sistemi də əldə edəcək. Avtomobilin yan hissəsində yerləşdirilmiş xüsusi məlumatvericilər yol örtüyü vəziyyətini izləyəcək və məlumatı idarəetmə blokuna ötürəcəklər. Əgər sistem avtomobilin yoldan qırağa çıxdığını qeydə alsa o zaman özü avtomobili hərəkət zolağına qaytaracaq. Üçüncü sistem özünü parketmə olacaq və avtodayanacaqda boş yeri müstəqil tapa biləcək.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.