Yeni universal Mercedes - VİDEO - FOTO

3 Aprel 2014 20:38
Mercedes C-Class Estate sınaqları final mərhələsinə yaxınlaşır. Universal ən yaxın aylarda tamaşaçı qarşısında durmalıdır. Premyeranın oktyabrda Paris avtosalonunda olacağı ehtimal edilir.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, World Car Fans internet resursu avtomobilin sınaq yürüşündən təzə video dərc edib. Prototipdə arxa hissə əvvəlki kimi örtük altında olsa da böyümüş və formasını dəyişmiş arxa optikanı görmək mümkündür. Damda spoyler də daha yaxşı gözə çarpır. Bir neçə ay bundan əvvəl debüt etmiş sedanda da istifadə edilən yeni platforma sayəsində universalın salonu daha geniş, baqaj bölməsi isə daha tutumlu olub.

Milli.Az


Böyütmək üçün şəkilə klikləyin.



Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.