Şeyxülislam Allahşükür Paşazadə 10 min manat yardım verdi - YENİLƏNİB

3 Aprel 2014 12:39
12:39

Milli.Az Regional TV-yə istinadən bildirir ki, Qubaya səfəri çərçivəsində Allahşükür Paşazadə Hacı Cəfər məscidində olub. Burada məscidin dini icmasının nümayəndələri ilə görüşüb. Görüşdən sonra məscidin təmiri üçün 10 min manat vəsait və dini ədəbiyyat ayrılıb. Günün ikinci yarısında şeyxülislam Allahşükür Paşazadə Xaçmaz və Qusar  rayonunda olacaq.

---------
11:30

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Qubada səfərdədir.

Milli.Az Regional TV-yə istinadən bildirir ki, əvvəlcə A.Paşazadə ümummilli lider Heydər Əliyevin abidəni ziyarət edib, ulu öndərin xatirəsini dərin hörmətlə anıb. Qafqaz Müsəlmanları İdarəsinin sədrinin Qubadakı Soyqırımı Memorial Kompleksini ziyarət etməsi, daha sonra isə Heydər Əliyev Mərkəzində bölgədəki dini icmaların nümayəndələrinin iştirakı ilə müşavirə keçirməsi nəzərdə tutulub.

Milli.Az