Gəncədə 21 yaşlı gənc bıçaqlandı

3 Aprel 2014 11:18
Ötən gün saat 23:00 radələrində Gəncə şəhərində bıçaqlanma hadisəsi qeydə alınıb.

Milli.Az Kəpəz TV-yə istinadən bildiri ki, şəhərin Fərhad Əliyev küçəsi 1-ci döngə 6/12-də qeydiyyatda olan 21 yaşlı Cahangir Məmmədov bir bıçaq yarası ilə Gəncə Şəhər Təcili Tibbi  Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Həkimlərin səyi nəticəsində xəstənin həyatını xilas etmək mümkün olub. 21 yaşlı gəncin kim tərəfindən və hansı məqsədlə bıçaqlandığı hələlik məlum deyil. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi qaldırılıb, araşdırma aparılır.

Milli.Az