Mark Sukerberq Bodrumda - FOTO

3 Aprel 2014 12:50

Markın 3 günlük tətildən sonra Rodos adasına getdiyi bildirilir

"Facebook"un sahibi Mark Sukerberq Türkiyə Muğla vilayətinin Bodrum rayonunda tətildə olub.

Anspress-in xəbərinə görə, Sukerberq həyat yoldaşı Prissilla Çan ilə birlikdə Bodrumda tətil edib.

Onun üç günlük tətil üçün Yunanıstanın İstanköy adasından Bodruma keçdiyi bildirilib. Dünyanın ən gənc varlı şəxsləri arasında yer alan Sukerberqin yaxtası Bodrum qalası sahillərinə yan alıb. Sahilə çıxan Sukerberq həyat yoldaşı Prissilla Çan ilə Kumbahçə sahilində gəzib, mənzərəli bir kafedə oturararq türk qəhvəsi içib.

O, kafedə istirahət zamanı pərəstişkarları ilə şəkil də çəkdirib. Markın 3 günlük tətildən sonra Rodos adasına getdiyi bildirilir.

Onu da qeyd edək ki, Mark Sukerberq və Prissilla Çan cütlüyü 2013-cü ildə ABŞ-da ən səxavətli xeyriyyəçi olmuşdular.

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.