Azərbaycanlı müğənni: "Başmağımı geyinə bilərsiniz, amma..."

3 Aprel 2014 09:30
Sənətçi "Xəzər" kanalında yayımlanan "İncə sənət" verilişində iç dünyasından bəhs edib
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, "Məni həyata sevgi bağlayır" deyən Xumar Qədimova istəyib, amma bacarmadığı xüsusiyyətlərindən gileylənib.

"Həyatda vicdansızlığı, məsuliyyətsizliyi bacarmıram. Çox istərdim mən də onlar kimi olum, amma neyləmək olar?"

Günü-gündən sevənlərinin sayı artdığı bir zamanda onu yamsılamağa çalışanlara müğənni: "Başmağımı geyinə bilərsiniz, amma mənim kimi gəzə bilməzsiniz", - deyə fikir bildirib.

"Qoy təqlid etsinlər. Mənə xoşdur, amma təkrarım yoxdur. Hələ ki, yoxdur".

Milli.Az