Xaçmazda itkin düşən qızlar tapıldı - YENİLƏNİB

2 Aprel 2014 23:04
23:04

İtkin düşən Xaçmaz şəhər 1 saylı orta məktəbin şagirdləri Tağıyeva Jalə Bəxtiyar qızıCəlilova Arzu tapılıb. Milli.Az xəbər verir ki, bu barədə RTV-yə Xaçmaz rayon Polis Şöbəsindən bildirilib. Onların başına hər hansı hadisə gəlmədiyi qeyd olunub.

Polis Şöbəsindən məktəblilərlə bağlı əlavə məlumat verilməyib. Hazırda araşdırma aparıldığı vurğulanıb.

Xatırladaq ki, Xaçmaz şəhər 1 saylı orta məktəbin şagirdləri, Tağıyeva Jalə Bəxtiyar qızı və Cəlilova Arzu saat 13:00 radələrində dərsdən çıxaraq naməlum istiqamətə gediblər.

---------
21:56

Xaçmaz Rayon Polis Şöbəsindən RTV-yə verilən məlumata görə bu gün iki nəfər Xaçmaz sakini itkin düşüb. Xaçmaz şəhər 1 saylı orta məktəbin şagirdləri, Tağıyeva Jalə Bəxtiyar qızıCəlilova Arzu saat 13:00 radələrində dərsdən çıxaraq naməlum istiqamətə gediblər. Onlardan heç biri evə qayıtmayıb. İtkin düşən hər iki şəxsin 13 yaşı var.

Hər iki məktəblinin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

Milli.Az