Kərim Məsimovun Qazaxıstanın Baş naziri vəzifəsinə namizədliyi bəyənildi - YENİLƏNİB

2 Aprel 2014 20:52

20:52

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Kərim Məsimovun Baş nazir vəzifəsinə təyin edilməsi haqqında fərman imzalayıb.

Trend-in "Akordi" saytına istinadən verdiyi məlumata görə, fərmana əsasən, K.Məsimov Qazaxıstan Prezidenti Administrasiyasının rəhbəri vəzifəsindən azad edilir.

Fərman imzalandığı gündən qüvvəyə minir və yeni hökumət formalaşanadək Nazirlər Kabineti səlahiyətlərinin icrasına davam edəcək.


---------
19:08

Kərim Məsimov
un Qazaxıstanın Baş naziri vəzifəsinə namizədliyi bəyənilib. Trend-in Qazaxıstan Prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, parlamentin iclası zamanı Məclisin komitə sədrləri çıxış edərək K.Məsimovun təcrübəsini qeyd ediblər. Onlar K.Məsimovun Baş nazir vəzifəsinə namizədliyini bəyəniblər.

Qeyd edək ki, bu gün Serik Axmetov hökumətin iclasında Baş nazir vəzifəsindən istefa verdiyini bəyan edib.

Milli.Az