Mirkamil Aynişanla nişanlandı?

2 Aprel 2014 18:47
Bu yaxınlarda İranda ağır ürək əməliyyatı keçirən müğənni Mirkamil Kamilov bir müddət öncə Aynişanla nişanlanması haqqında çıxan söz-söhbətlərə münasibət bildirib.

Milli.Az xəbər verir ki, Mirkamil show.az-a açıqlamasında nişanlanmaq xəbərinin yalnış anlaşılma olduğunu bildirib. Şayiələrin onu narahat etmədiyini söyləyən gənc müğənni narahatçılığın əsassız olduğunu bildirib. Aynişanı çox istədiyini və onunla dost olduqlarını söyləyən Mirkamil bu il ərzində yeni mahnısını təqdim edəcəyini və yeni bir klip çəkdirməyi düşündüyünü qeyd edib.

Milli.Az