Artıq Türkiyədəki bələdiyyə seçkiləri arxada qaldı. Kifayət qədər gərgin atmosferdə keçən seçki prosesi əvvəlcədən proqnozlaşdırılan nəticə ilə yekunlaşdı. Seçkiyə qatılan əsas güclərdən olan hakim Ədalət və İnkişaf Partiyası (AKP) digər rəqiblərini arxada qoydu. Rəcəb Tayyib Ərdoğanın partiyası 45,5 faiz səs toplayaraq 27,8 faiz səs toplaşmış Cümhuriyyət Xalq Partiyasını (CHP) növbəti dəfə məğlub etməyi bacardı.30 mart seçkiləri ilə qardaş ölkə daha bir demokratiya sınağından üzüağ çıxmağı bacardı