Ərdoğan Azərbaycana gəlir

2 Aprel 2014 16:53
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan aprelin 4-də Azərbaycana işgüzar səfər edəcək.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin "İhlas" agentliyi xəbər yayıb.

Səfər çərçivəsində iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olunacaq.

Milli.Az