FİFA-dan "Barselona"ya şok cəza

2 Aprel 2014 17:01

FİFA-dan "Barselona"ya transfer qadağası

FİFA "Barselona" klubunu ağır cəzalandırıb.

Milli.Az xəbər verir ki, qol.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi iki transfer dönəmində heç bir futbolçunu heyətinə qata bilməyəcək.

Buna "Barsa"nın 18 yaşlı bir oyunçunun transferində qanunsuzluğa yol verməsi səbəb olub. Beləliklə, Kataloniya təmsilçisi ötən mövsümdən transfer etmək istədiyi "Borussiya"nın qapıçısı Andre ter Ştegeni transfer edə bilməyəcək.

Milli.Az