"İşə başlamağımıza soyuq hava mane olur"

2 Aprel 2014 16:29
Müğənni Emma Ələkbərzadənin aparıcılıq edəcəyi ilə bağlı xəbər vermişdik
Milli.Az xəbər verir ki, Emma xanım yeni layihəsinin gecikmə səbəblərini axşam.az-ın müxbirinə açıqlayıb:

"Verilişlə bağlı bütün hazırlıqlar tamamlanıb. İşə başlamağımıza soyuq hava mane olur. Burun əməliyyatından sonra həkimlər küləkli havada küçəyə çıxmağı qadağan ediblər. Buna görə də evdən çıxa bilmirəm".

E.Ələkbərzadə bizneslə məşğul olması ilə bağlı yayılan söhbətlərə də münasibət bildirib:

"Bizim ailənin üzvləri heç vaxt əlavə bizneslərinin olub-olmadığından danışmır. Düşünürəm ki, belə şeyləri mediaya açıqlamaq düz deyil. Bu, ailə içində qalmalı olan sirdir".

Milli.Az