"Üzümdə və bədənimdə plastik əməliyyat etdirdim"

2 Aprel 2014 15:58
 ATV telekanalında yayımlanan "Düz üzünə" verilişinin növbəti qonağı aktrisa Naibə Allahverdiyeva olub
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, həyatı ilə bağlı maraqlı açıqlamalar verən aktrisa plastik əməliyyat etdirməsindən də danışıb. O, rol xatirinə bu üsula əl atdığını deyib:

"Kleopatra obrazını canlandırmaq istəyirdim. Buna görə də üzümdə və bədənimdə plastik əməliyyat etdirdim. Bədənimdən 4 kiloqram piy götürdülər. Buna baxmayaraq, o rolu mənə vermədilər".

Milli.Az