Türkiyədə hərbçilərin avtobusu aşıb, xeyli yaralı var

2 Aprel 2014 14:30
Türkiyənin Van vilayətində içərisində hərbi qulluqçuların olduğu avtobus aşıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Sabah" qəzeti xəbər yayıb.

Yol-nəqliyyat hadisəsi nəticəsində 12 nəfər ağır xəsarət alıb.
Hazırda qəzanın səbəbləri müəyyən edilir.

Xəsarət alan hərbi qulluqçular Van vilayətindəki xəstəxanaya çatdırılıblar.

Milli.Az