Camaat namazında qiraəti, zikrləri kim deməlidir?

2 Aprel 2014 22:54

Camaat namazında qiraəti, zikrləri, təşəhhüd və salamı yalnız imam deməlidir, yoxsa ona iqtida edənlər də?

Milli.Az İslam.az-a istinadən bildirir ki, camaat namazında Fatihə və ondan sonrakı surədən başqa hər şeyi iqtida edən özü də deməlidir. Yalnız namazların birinci və ikinci surələrində oxunan Fatihəni və ondan sonrakı surəni imam-camaat hamının əvəzində oxuyur.

Uca səslə qılınan sübh namazında, məğrib və işa namazlarının birinci və ikinci rükətlərində imamın səsi aydın eşidilməsə, müstəhəbdir ki, arxada namaz qılanlar özləri astadan Fatihə və surəni oxusunlar. Əgər imamın səsi eşidilsə, iqtida edənlər ya sakit durmalı, ya da astadan zikr deməlidirlər. Həmçinin, bütün qalan rükətlərdə iqtida edənlər qiraət əvəzinə ya sakit durmalı, ya da zikr deməlidirlər. İstənilən zikri demək olar. Məsələn, "əlhəmdü lillah", "sübhan Allah" və s.

Təkbirətül-ehramı, təsbihati-ərbəəni, rüku və səcdələrin zikrini, təşəhhüd və salamı bütün namaz qılanlar özləri də deməlidirlər.

Milli.Az