Apple yeni danışıqlar aparır

2 Aprel 2014 22:13
ABŞ-ın Apple şirkəti Yaponiyanın Renesas Electronics mikrosxem istehsalçısı ilə iPhone modellərində istifadə edilən maye-kristal displeylər üçün mikroçiplər hazırlayan Renesas SP Drivers müəssisəsində səhmlər paketinin (55 faiz) satın alınmasına dair danışıqlar aparır. Bu barədə Yaponiyanın Nikkei internet-nəşri məlumat verib.

Məlumata görə, sövdələşmənin dəyəri 50 milyard yen (479 milyon dollar) təşkil edəcək. Apple mütəxəssislərinin fikrincə, şirkətin texnologiyası displeyin təsvirinin keyfiyyətini yaxşılaşdırmağa və qurğu batareyalarının istifadə müddətini uzatmağa imkan verəcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki,Renesas SP Drivers - Renesas Electronics, Sharp Corporation və Tayvanın Powerchip mikrosxem istehsalçısından ibarət birgə müəssisəsidir. Sazişin şərtlərinə görə, Sharp şirkəti Applea müəssisənin ona məxsus 25 faizlik səhmlər paketini də verəcək.

Milli.Az