Messinin beş yüzü

2 Aprel 2014 13:59
"Barselona"nın və Argentina yığmasının hücumçusu Lionel Messi üçün Çempionlar Liqasında "Atletiko"ya qarşı oyun əlamətdar olub.

AzərTAc xəbər verir ki, argentinalı futbolçu peşəkar karyerasında 500-cü oyununu keçirib. Bu matçadək Messi 11 il ərzində 499 oyunda meydana çıxıb.

İyirmi altı yaşlı hücumçu keçirdiyi oyunlarda 386 qol vurub və 152 məhsuldar ötürmə edib.

Milli.Az