Azərbaycan vətəndaşlarının Avropaya getməsi sadələşir

2 Aprel 2014 13:01
Avropa Komissiyası şengen vizası qaydalarının sadələşdirilməsinə dair yeni təkliflə çıxış edib.

Bu, Azərbaycan vətəndaşları üçün də faydalı olacaq və onlar Avropada uzun müddət qala biləcəklər.

Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqının Azərbaycandakı səfiri xanım Malena Mard Azərbaycan üzrə Avropa Qonsulluq Siyasətinin Tərəqqi Hesabatının təqdimatında bildirib.

Səfir qeyd edib ki, təklifə görə, viza 6 ay əvvəlcədən alınacaq, Avropada qalma müddəti 90 gündən 1 ilədək uzadılacaq və viza müddəti 1 ildən 3 ilədək yox, 3 il olacaq.

M.Mard qeyd edib ki, bu, Avropa Komissiyasının təklifidir və Aİ-yə üzv dövlətlər bu təklifi müzakirə edəcəklər.

Milli.Az