Krım tatarları referendum üçün komissiya yaratdılar

2 Aprel 2014 13:15
Krım tatarlarının məclisinin sədri Refat Çubarov bəyan edib ki, aprelin 15-də Qurultayın növbəti sessiyası keçiriləcək. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Krımda tatarların muxtariyyətinin yaradılması məsələsinə qurultayda baxılacaq. Hazırda Məclis bir etnosun referendum keçirməsi ilə bağlı aspektləri araşdıran xüsusi qrup yaradıb. 

"Mən istisna etmirəm ki, qurultayda milli referendumun keçirilməsi və səsvermə formulu ilə bağlı məsələlərə nöqtə qoyulacaq", - məclis sədri bildirib. 

Onun sözlərinə görə, hazırda məsələ ilə bağlı beynəlxalq presedentlər axtarılır. 

Milli.Az