Tanınmış idmançı axtarışa verildi

2 Aprel 2014 13:41
Qarışıq döyüş növləri ustası Aleksandr Yemelyanenko barəsində federal axtarış elan olunub. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, tanınmış idmançı oğurluqda və qadını zorlamaqda ittiham olunur. 

Onun barəsində artıq cinayət işi açılıb. İstintaqın versiyasına görə, martın 3-də idmançı evində təmizlik işləri görən qadını zorlayıb. Sonra isə həmin qadının çantasını və pulunu oğurlayıb. 

Yemelyanenko polisin sorğusu ilə istintaqa gəlmədiyi üçün barəsində axtarış qərarı verilib. 

Milli.Az