Qarın ağrısı ilə getdi, uşaqla qayıtdı - FOTO

2 Aprel 2014 13:50

İngiltərədəki bu qəribə doğuş mediada geniş müzakirə olunur. 20 yaşlı gənc qadın kəskin qarın ağrılarından şikayətlənərək müayinə üçün yollandığı xəstəxanadan bir neçə saat sonra qucağında körpəsi ilə qayıdıb.
 

Çünki qadının hamilə olduğundan xəbəri yoxdu.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İngiltərənin Kent qraflığındakı Devor şəhərinin sakini olan 20 yaşlı Sofi Olbric qarnındakı kəskin sancılara dözə bilmədiyini deyərək xəstəxanaya yollanmışdı.
 

"Oradan oğlum Tomasla qayıdacağımı ağlıma da gətirməzdim. Çünki hamiləliyimin 9 ayı ərzində hamilə olduğumu bilmirdim. Xəstəxanada həkimlər ağrıkəsici iynə vurdular, evə qayıtdım. Amma gecə yenə ağrılar başladı. Bu dəfə ağrılar daha şiddətli, kəskin idi. Yenidən təcili yardım çağırdım. Xəstəxanada dedilər ki, ağrılarım doğuş sancılarıdır.

Orada Toması dünyaya gətirdim. Sözlərimin marazm təsiri bağışladığını bilirəm. Mən də hamilə olduğunu anlamayıb doğan qadınlar barədə xəbərləri eşidəndə gülürdüm. Amma sən demə, gerçəkdən də olurmuş", - Sofi Olbric deyib.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.