Bild: "Berti Foqts Böyük futbol səhnəsinə qayıtdı"

2 Aprel 2014 11:09
Almaniyanın "Bild" nəşri millimizin baş məşqçisi Berti Foqtsun DÇ ərəfəsində ABŞ yığmasının düşərgəsinə təyin edilməsini şərh edib.

Azerisport.az xəbər verir ki, "Bild" bunları qeyd edib:

"Berti Foqts Böyük futbol səhnəsinə qayıdıb. Bundestimin sabiq məşqçisi ABŞ yığmasının DÇ-dəki məsləhətçisi olub. Foqts köhnə tanışı Yurgen Klinsmannla görüşüb. Foqts və Klinsmann Almaniya futboluna son zəfəri gətirmiş cütlükdür. 1996-cı ildə onlar AÇ-dəki qələbəni birgə bayram ediblər. 18 il ötəndən sonra "Uembli"nin, demək olar ki, bütün qəhrəmanları futbolla sıx bağlıdır".

Milli.Az