Nigeriyada dəhşətli terakt: 15 ölü

2 Aprel 2014 10:33

Nigeriyanın şimal-şərqində terror hadisəsi baş verib

Anspress-in məlumatına görə, hadisə nəticəsində 15 nəfər ölüb, 17 nəfər yaralanıb. İnsident dünən Mayduquri şəhərində baş verib.

Yerli orqanların məlumatına görə, minalanmış avtomobilin partlaması nəticəsində 6 terrorçu da həlak olub. Ehtimal edilir ki, hücum "Boko Haram" islamçı qruplaşması tərəfindən törədilib.

Keçən ilin may ayında Nigeriya prezidenti Qudlak Conatan Nigeriyanın şimalında 3 ştatda fövqəladə vəziyyət elan etmişdi.

Qeyd edək ki, Nigeriya tez-tez islamçı radikal qruplaşmaların hücum hədəfinə çevrilir.

Milli.Az