İbrahimoviç artıq tilsimi qırmaq istəyir

2 Aprel 2014 11:15

İbrahimoviç: "Bu, Çempionlar Liqasını qazanmaq üçün son şansımdır"

PSJ-nin futbolçusu Zlatan İbrahimoviç Çempionlar Liqasının 1/4 finalında "Çelsi" ilə oyun öncəsi açıqlama verib.

Qol.Az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, isveçli hücumçu rəqibin növbəti mərhələyə yüksəlmək şanslarının daha çox olduğunu deyib:

"Bu turnirdə yeni komandalardan biri sayılırıq. İtirəcək heç nəyimiz yoxdur. "Çelsi"nin Avropa kuboklarında ən azı 10 illik təcrübəsi var. ÇL-i, Avropa Liqasını qazanıblar".

İbrahimoviç onu da qeyd edib ki, bu turnir onun ÇL-i qazanmaq üçün çox şansıdır:

"ÇL-i son olaraq PSJ ilə qazana bilərəm. Çünki Paris təmsilçisi ilə müqaviləm Avropadakı son sözləşməmdir. ÇL-i qazanacağımızı hiss edirəm".

Milli.Az