Çempionlar Liqası: "Real"ın revanş hirsi, Mourinyonun Paris sınağı

2 Aprel 2014 11:33

"Borussiya" "Real"a, PSJ "Çelsi"yə qarşı

Bu gün Çempionlar Liqasında 1/4 finalın ilk oyunlarına yekun vurulacaq.

Qol.Az-ın məlumatına görə, son oyun günündə daha iki qarşılaşma keçiriləcək.

Fransanın PSJ klubu öz meydanında "Çelsi"ni sınağa çəkəcək.

Digər oyunda isə Dortmund Borussiya"sı səfərdə Madrid "Real"ının qonağı olacaq. Xatırladaq ki, ötən mövsüm "Real"ı ÇL-in yarımfinalında məhz "Borussiya" mübarizədən kənarlaşdırmışdı. Buna görə də bugünkü qarşılaşma prinsipiallığı ilə seçilir.

2 aprel

Çempionlar Liqası, 1/4 finalın ilk oyunları

23:45. "PSJ (Fransa) - "Çelsi" (İngiltərə)
23:45. "Real" (Madrid, İspaniya) - "Borussiya" (Dortmund, Almaniya)


1 aprel

23:45. "Barselona" (İspaniya) - "Atletiko" (Madrid, İspaniya) - 1:1
Qollar: Ribas, 56 (0:1), Neymar, 71 (1:1)

23:45. "Mançester Yunayted" (İngiltərə) - "Bavariya" (Almaniya) - 1:1
Qollar: Vidiç, 58 (1:0), Şvaynştayger, 67 (1:1)
Qırmızı vərəqə: Şvaynştayger, 90 ("Bavariya)

Milli.Az