Mişar qarnına, sinəsinə girdi, sağ qaldı - FOTO

2 Aprel 2014 11:12

"Bədənimin parçalanmasını, hər tərəfə qan fışqırmasını görmək çox qorxulu idi. Ağrıdan huşumu itirdim. Sonrası yadımda deyil".
 

21 yaşlı Ceyms Valentayn 5 metr hündürlükdə böyük şam ağacının budağını kəsəndə bu hadisə baş verib. Benzin mühərriki ilə işləyən mişar onun qarnına girib. Mişarın kəsici hissəsi Ceymsin sinəsini parçalayaraq boğazına qədər çatmışdı.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, olay ABŞ-ın Pensilvaniya ştatındakı Ross Taunşip kəndində baş verib.

Həkimlərin dediklərinə görə, Ceymsin sağ qalması möcüzədir. Pittsburq şəhər hospitalına aparılan C.Valentayn dərhal cərrahiyyə əməliyyatına məruz qalıb.
 

Mişar əsas arteriyalar və onurğa sütunundan yan keçdiyindən Ceyms sağ qalmışdı.
 

Həkimlərin dediklərinə görə, o, iki həftə sonra hospitalı tərk edərək normal həyatını davam etdirə bilər.
 

"Babam və atam kimi mən də ağac kəsirəm. Hospitaldan çıxandan sonra işimə davam edəcəyəm", - C.Valentayn deyib.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.