Xanımlar şouda rüsvay oldular - FOTO

2 Aprel 2014 21:37

Çinin paytaxtı Pekində keçirilmiş "China Fashion Week" uzun müddət yaddan çıxmayacaq.


"Seccry Sheguang Hu" brendinin yeni yaz-yay kolleksiyasının nümayişi zamanı üç model podiumda yıxılıb.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, üç modelin yıxılması şounu ən uğursuz moda dəfilələrindən birinə çevirib.


Modellərin yıxılmalarına səbəb isə onların çox hündür dabanlı "Christian Louboutin" ayaqqabılarında özlərini naqolay hiss etmələri olub.


Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.