Simeone "Barsa"dan danışdı: "Sərfəli nəticə qazandıq"

2 Aprel 2014 09:39
Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda səfərdə "Barselona" ilə qarşılaşan "Atletiko"nun baş məşqçisi Dieqo Simeone görüş (1:1) haqda fikirlərini bildirib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, argentinalı mütəxəssis cavab matçı haqda nikbin danışıb:

"Çox gözəl bir oyun oldu. Hər iki komanda gücünü göstərdi və oyun planına sadiq qaldı. Futbolçulardan razı qaldım. Sərfəli nəticə qazandıq. Cavab görüşünə üstün durumda çıxacağıq".

Milli.Az