Bakıda külək aşıranı qaldıran olacaq? - FOTO

2 Aprel 2014 01:30
Bakının mərkəzində küləyin yaratdığı fəsad hələ də həll olunmayıb. Nəsimi rayonu ərazisində Zərifə Əliyeva və Rixard Zorge küçələrinin kəsişməsində yerləşən yol nişanını güclü külək aşırıb. Xeyli müddət keçməsinə baxmayaraq, həmin yol nişanı hələ də yerdə aşmış vəziyyətdə dayanır.

Bakı Siqnal İdarəsindən Milli.Az-a bildirildi ki, əməkdaşlar həmin ünvana baxış keçirib problemi aradan qaldıracaqlar.

Gülər
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.