Tesla da tüninq olundu - FOTO

1 Aprel 2014 23:12
Elektromobillər üçün satışdansonra paket hazırlayan tüninq şirkəti elə də çox deyil. Amerikanın "Unplugged Performance" şirkəti məhz bu nadir tünerlərdəndir. 

Milli.Az Auto.az-a istinadən bildirir ki, Kaliforniyalı müttəxəssislər öz sonuncu tüninq-paketlərini elektrokar "Tesla Model S"-ə həsr ediblər. Beşqapılı böyük ekoloji cəhətdən təmiz avtomobil yeni ban asması alıb ki, o da tezliklə texniki hissələrinin tənzimlənməsi proqramı ilə yenilənəcək. 

Ətraf mühit üçün təhlükəsiz olan sportkar dinamikalı elektromobilə daha çox aqressiv görünüş qatmaq üçün "Unplugged Performance" dizaynerləri yeni ban asması hazırlayıblar. 995 dollara qabaq bamper splitteri, 1450 dollara yan ətəklər, 1550 dollara arxa bamper diffuzoru və 895 dollara baqaj qapısı spoyleri həqiqətən lüks hetçbeki daha da "idmançı" edir. 

Hazırda tünerlər güc qurğusunun apqreydi və "Tesla Model S" asılqanının təkmilləşdirilməsi üzərində işləyirlər. Bu, tezliklə hazır olacaq. 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.