BMW M3 və M4-ün qiymətləri açıqlandı

1 Aprel 2014 19:46
BMW Amerika bölməsi 2015 M3 Sedan və M4 Coupe qiymətlərini açıqlayıb. Bu modelləri onların sələfləri qiymətlərinə əldə etməyi planlaşdıranları məyusluq gözləyir.

Başlayaq M3 sedandan, hansı ki, sələfindən 5350 dollar baha olacaq.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, baza komplektasiyasında onun qiyməti indi 62925 dollar təşkil edir. Seçimlər və əlavə paketlər avtomobilin qiymətini əhəmiyyətli dərəcədə artıra bilər. M3 kupeni əvəz etməyə gəlmiş M4 isə 2800 dollar bahalaşdı və indi alıcılara baza komplektasiyasında 65125 dollara başa gələcək.

Milli.Az