BMW 1-ə güclü mühərrik - FOTO

1 Aprel 2014 19:16
TJ Fahrzeugdesign alman kökləmə-atelyesi BMW 1-Series kupesini 1M CSL adlı ekstremal sportkara çevirib. Bunun üçün onda əvvəlki, beşinci nəsil M5 sedandan (kod E60) on silindrli S85 mühərriki quraşdırılıb. Belə icrada aqreqat 555 at gücü hasil edir! Yeddi pilləli sekvental ötürücü qutu fırlanma anını arxa oxa ötürür.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, 1575-kiloqramlıq iki qapılı BMW 1M CSL 3,9-4,0 saniyə ərzində 100 km/saata qədər sürətini artırır. Dam, kapot və yük yerinin qapağı karbondan hazırlanıb. Həmçinin kupe 19 düymlük yüngül lehimli disklər, KW Clubsport Variant 3 asqısı, X6 M-dan güclü əyləclər və paslanmayan poladdan qaz xaricetmə sistemi boruları əldə edib. Belə tamamlama proqramı ən azı 85 min avroya başa gələcək

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.