Həkimlər qıza printerdən çənə çıxardılar - VİDEO

1 Aprel 2014 13:58
Hollandiyanın Utrext Tibb Universitetində unikal əməliyyat həyata keçiriblər. Həkimlər xəstəyə üçölçülü printerdə çap olunmuş plastik çənə qoyublar. 

Belə bir əməliyyat 22 yaşlı qız üçün lazım olub. Həmin qız nadir Van Bumex xəstəliyindən əziyyət çəkirdi. Çənəsi qalınlaşır və simasının eybəcərləşməsinə səbəb olurdu. Bundan başqa, qalınlaşmış çənə həddən artıq ağır olurdu. 

Bu xəstəliyə ilk dəfə 1955-ci ildə rast gəlinib. Hollandiyanın bir kəndində 13 nəfər həmin xəstəliyə yoluxub. Hazırda da 13 nəfər Van Bumex xəstəliyindən əziyyət çəkir. 

Alimlərin araşdırması nəticəsində məlum olub ki, bu xəstəlik 17-ci xromosomun mutasiyasından yaranır. 

Pasientin əməliyyatı üçün plastikdən çənənin üst hissəsini hazırlayıblar və onu 3D printerdə çap ediblər. Əməliyyat 23 saat çəkib. Onun qalınlaşmış çənəsi çıxarılıb və tamamilə plastikdən olan implantla əvəzlənib. 

Xəstə əməliyyatdan sonra özünü yaxşı hiss edir. Həkimlər iddia edirlər ki, bu üsulla müxtəlif sümükləri implantla əvəzləmək olar. 

Milli.Az


Videonu izləmək üçün şəklə klikləyin.