İyunda Braziliyada başlanacaq futbol üzrə dünya çempionatında iştirak edəcək İngiltərə yığmasının forması hazırdır.
Formanı ABŞ-ın Nike şirkəti istehsal edib.
İngiltərə Futbol Assosiasiyası formanı bəyənsə də, azarkeşlər hiddətləniblər.
Çünki futbolkaların normal variantı 90 funt-sterlinq, uşaqlar üçün olan variantı isə 40 funt-sterlinqdən satışa çıxarılıb.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, formaların belə ifrat baha olması ingilis azarkeşləri "cin atı"na mindirib.
Nike şirkəti minlərlə, on minlərlə azarkeşin qəzəbləndiyini görərək xüsusi açıqlama ilə çıxış edib.
"Əvvəlki variantdan fərqli olaraq yeni formada vücudun sərinləşdirilməsi texnologiyası yaxşılaşdırılıb. Bu səbəbdən də formanın qiyməti 30 funt bahalaşıb", - Nike-ın açıqlamasında deyilir.
Britaniya parlamentinin üzvü Klayv Efford isə söyləyib: "Futbol artıq azarkeşlər barədə yox, gəlirlər haqqında fikirləşir. Halbuki azarkeşlər vaxtlarının böyük qismini futbola verirlər".
İngiltərə Futbol Assosiasiyasının bəyanatına görə, formanın qiymətini istehsalçı müəyyənləşdirir.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.







