Bakının ən böyük prospekti tıxandı - FOTO

1 Aprel 2014 10:14
Bakının əsas prospektində baş verən yol qəzası tıxac yaradıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Milli.Az-a verilən məlumata görə, Heydər Əliyev prospektində, kənar yolda, "Koroğlu" metrosu istiqamətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitələrinin sıxlığı yaranıb.

Sürücülərə alternativ kimi Heydər Əliyev prospekti - əsas yoldan istifadə etmələri tövsiyə olunur.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.