Paytaxtda kişi parkda öldü

31 Mart 2014 19:11

Bakıda parkda ölüm hadisəsi baş verib

Milli.Az xəbər verir ki, Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 18 radələrində Səməd Vurğun bağında qeydə alınıb.

Parkda gəzən 55-60 yaşlı, şəxsiyyəti məlum olmayan kişi naməlum şəraitdə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az