Suriya Türkiyəyə bomba atdı - FOTO

31 Mart 2014 17:57

Suriyadan açılan top atəşi Türkiyə ərazisindəki məscidi vurdu

Türkiyənin Hatay vilayətindəki məscidə Suriyadan atılan top mərmisi düşüb. Milli.Az Türkiyə mətbuatına istinadən bildirir ki, həmin vaxt ərazidə olan 50 yaşlı Muna Hacısüleyman adlı şəxs yaralanıb.

Hadisə Türkiyə vaxtı ilə saat 14:00-da Hatay vilayətinin Yayladağı rayonunda baş verib.

Mərmi düşən məsciddə adam olmadığına görə tələfat olmasa da, məscidə ciddi ziyan dəyib. Böyük bir divar uçub.

Hadisə nəticəsində ölənlərin olmadığı deyilir.

Qeyd edək ki, Suriya ordusu Türkiyə ilə sərhəddə yerləşən Kesab şəhərinin üsyançılardan azad edilməsi üçün hücuma keçib. Artilleriya qüvvələri hazırda üsyançıların Əl-Kəbir və Əl-Kouz dağlarında yerləşən mövqelərinə zərbələr endirir. Həmin ərazi Türkiyənin Hatay vilayətindən 60 km aralıdadır.

Ötən gün isə Suriya ordusu strateji Nəsr yüksəkliyinə nəzarətini bərpa edib. Buradan üsyançıların zəbt etdikləri bölgəyə çıxış mümkündür.

Üsyançıların Nəbaa-əl-Murr bölgəsində yerləşdirilən raket qurğuları da artıq məhv edilib.

Milli.Az


Böyütmək üçün şəkilə klikləyin.